Yavər Camalov Belarusun Azərbaycandakı səfirini qəbul edib

Noyabrın 13-də müdafiə sənayesi naziri Yavər Camalov Belarusun Azərbaycana yeni təyin olunmuş səfiri Qennadiy Axramoviçi qəbul edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib .

Görüş zamanı nazir Yavər Camalov Azərbaycan ilə Belarus arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb . Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verib.

Səfir Qennadiy Axramoviç səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş