Yavər Camalov CAR-ın səfirini qəbul edib

Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Cənubi Afrika Respublikasının (CAR) Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pule İsaak Malefaneni qəbul edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir Yavər Camalov ona iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Görüş zamanı hərbi-texniki əməkdaşlıq üzrə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfir Pule İsaak Malefane səmimi qəbula görə minnətdarlığını bildirib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş