Yavər Camalov Çexiya nümayəndə heyəti ilə görüşüb

Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Çexiya Respublikasının Parlamentinin Deputatlar Palatasının Müdafiə Komitəsinin sədri David Kadnerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir Yavər Camalov Azərbaycan ilə Çexiya Respublikası arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğuladı və Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı nümayəndə heyətinə məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. David Kadner səmimi qəbula görə minnətdarlığını bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş