Yavər Camalov Gürcüstanın Azərbaycandakı səfirini qəbul edib

Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teimuraz Şaraşenidzeni qəbul edib.

Bu barədə “AzeriDefence”yə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə nazir Azərbaycan ilə Gürcüstan arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb və iki dost, qonşu dövlət arasında mövcud olan əlaqələrin daha da inkişaf edəcəyini əminliklə vurğulaıyıb.

Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Səfir Teimuraz Şaraşenidze səmimi qəbula görə minnətdarlığını bildirib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş