Yavər Camalov İranın Azərbaycandakı səfiri ilə görüşüb

Müdafiə sənayesi naziri Yavər Camalov İranın Azərbaycana yeni təyin olunan səfiri Cavad Cahangirzadəni qəbul edib.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Y. Camalov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan ilə İran arasındakı dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan nazir bu əlaqələrin iki ölkə arasındakı əməkdaşlığın inkişafına müsbət təsir etdiyini bildirib.

Y.Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş