Yavər Camalov İranın Azərbaycandakı səfirini qəbul edib

Müdafiə sənayesi naziri Yavər Camalov İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib.

Bu barədə “AzeriDefence”yə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə nazir Azərbaycan ilə İran arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb və iki ölkə arasında bir çox sahələri əhatə edən mövcud əlaqələrin daha da inkişaf edəcəyini əminliklə vurğulayıb.

Y. Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Səfir  Möhsün Pakayin səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüşdə İranın Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi, polkovnik Əli Seyfi də iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş