Yavər Camalov İsrailin Azərbaycandakı səfirini qəbul edib

Sentyabrın 2-də müdafiə sənayesi naziri Yavər Camalov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stavı qəbul edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir Azərbaycan ilə İsrail arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb, Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Səfir Dan Stav səmimi qəbula görə minnətdarlığını bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş