Yavər Camalov İtaliyanın “Leonardo-Finmeccanica” şirkətinin nümayəndə heyətini qəbul edib

Müdafiə sənayesi naziri Yavər Camalov İtaliyanın “Gruppo Leonardo-Finmeccanica” şirkətinin baş direktoru Mauro Morettinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir Yavər Camalov nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə məlumat verib. Görüş zamanı mümkün əməkdaşlıq sahələrinə dair müzakirələr aparılıb.

Görüşdə İtaliyanın Azərbaycandakı səfiri Giampaolo Cutillo da iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş