Yavər Camalov Konqonun ordu generalını qəbul edib

Müdafiə sənayesi naziri Yavər Camalov nazirliyin dəvəti ilə Bakıda səfərdə olan Konqo Demokratik Respublikasının Prezidenti yanında Hərbi Evin rəisi, ordu generalı François Olengi qəbul edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə qonağa məlumat verd.b

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

François Oleng səmimi qəbula görə minnətdarlığını bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş