Yavər Camalov Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb

Müdafiə sənayesi naziri Yavər Camalov Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Floresi qəbul edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir Azərbaycan ilə Meksika arasındakı müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələri yüksək qiymətləndirdiyini diqqətə çatdırdı və bu əlaqələrin daha da inkişaf edəcəyini vurğulayıb.

Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat veriib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş