Yavər Camalov “Motor Siç”in prezidentini qəbul edib

Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalov Ukraynanın “Motor Siç” SC-nin prezidenti Vyaçeslav Boquslayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Sənayesi Nazirliyinin (MSN) mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Y. Camalov nümayəndə heyətinə MSN-nın fəaliyyəti barədə məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Vyaçeslav Boquslayev səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko da iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş