Yavər Camalov: “Ordumuzu atıcı silahlar və döyüş sursatları ilə tam təmin edirik”

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) nəzdində 2016-cı ildə 4 zavod və 3 istehsal sahəsini istifadəyə verilməsi nəzərdə tutulur.

“AzeriDefence”nin məlumatına görə, bu barədə jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazir qeyd edib ki, yeni istehsal sahələrində RPQ-7V2 tipli tank əleyhinə qumbaraatanlar üçün 4 növ mərminin, 40×46 mm çaplı barabanlı qumbaraatan və onun sursatlarının, iri çaplı izburaxan sursatların, M6, M12 partladıcı başlıqların, tank və artilleriya vasitələri üçün 6 növ döyüş sursatının, 5.45 mm-dən 30 mm-dək bütün növ atıcıı silahlar üçün lülələrin istehsalı həyata kerçiriləcək.

“Hazırda MSN olaraq ordumuzu atıcı silahlar, onların ehtiyat hissələri və döyüş sursatları ilə tam təmin edirik”, – deyə Y. Camalov bəyan edib.

Y. Camalov bu il məhsul ixracı ilə bağlı bir neçə layihənin reallaşdırıldığını, daha bir neçə layihənin reallaşma mərhələsində olduğunu və danışıqların davam etdiyini vurğulayıb.

Y. Camalov qeyd edib ki, 10 il əvvəl MSN yaranarkən 8-9 müəssisəsi olduğu halda, bu gün nazirliyin tərkibində 28 müəəssisə fəaliyyət göstərir. Bu zavodlarda 54 istehsal sahəsi yaradılıb və müəssisələr müasir istehsal texnologiyalarl ilə təchiz olunub. Hazırda MSN müəssisələrində 1077 adda müdafiə təyinatlı məhsul istehsal edilir.

KATEQORIYA:
Bu xəbəri paylaş