Yavər Camalov Pakistan prezidenti və baş naziri ilə görüşüb

Aprelin 26-27-də İslamabadda keçirilən Azərbaycan-Pakistan arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın VI iclasında iştirak etmək məqsədilə komissiyanın Azərbaycan tərəfindən həmsədri müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Pakistan İslam Respublikasında səfərdədir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfərin ilk günü hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri müdafiə sənayesi naziri Y.Camalovun Pakistan prezidenti Məmnun Hüseyn, baş naziri Məhəmməd Navaz Şərif ilə görüşü olub və komissiyanın iclası öz işinə başlayıb.

Komissiyanın işində Azərbaycanın Müdafiə Sənayesi, Rabitə və Yüksək Texnologiyalar, İqtisadiyyat, Təhsil, Mədəniyyət və Turizm, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Neft Şirkətinin və digər dövlət qurumlarının nümayəndələri iştirak edirlər.

İki gün davam edəcək iclasda Azərbaycan ilə Pakistan arasında siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə mövcud olan əməkdaşlıqların daha da inkişaf etdirilməsi məqsədilə aidiyyatı qurumların nümayəndələrinin qarşılıqlı görüşləri təşkil ediləcək.

70-2

69-2

 

KATEQORIYA:
Bu xəbəri paylaş