Yavər Camalov Pakistana səfər edəcək

Müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasında səfərdə olacaq .

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfərdə məqsəd noyabrın 22-dən 25-dək Karaçi şəhərində  keçiriləcək İDEAS-2016  IX Beynəlxalq müdafiə sərgisi və seminarında iştirak etməkdir.

Səfər çərçivəsində nazir Yavər Camalovun Pakistan İslam Respublikasının dövlət rəsmiləri və sərgiyə qatılan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.

KATEQORIYA:
Bu xəbəri paylaş