Yavər Camalov Pakistanın Azərbaycandakı səfirini qəbul edib

Müdafiə sənayesi naziri Yavər Camalov Pakistanın Azərbaycandakı səfiri  Səid Xan Mohmandı qəbul edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Görüş zamanı Y. Camalov Azərbaycan ilə Pakistan arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb.

Y.Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfirə məlumat verib.

Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Pakistanın Azərbaycandakı hərbi attaşesi polkovnik Seyid İmran Əli də görüşdə iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş