Yavər Camalov Qazaxıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Müdafiə sənayesi naziri Yavər Camalov Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayevi qəbul edib.
Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı nazir Yavər Camalov Azərbaycan ilə Qazaxıstan arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb. Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfirə məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi polkovnik Kair Tezekbayev də görüşdə iştirak edib.