Yavər Camalov Rusiyanın sənaye və ticarət naziri ilə görüşüb

Avqustun 22-də Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Rusiyanın Moskva şəhərində keçirilən “Armiya-2017” Beynəlxalq Hərbi Forumda iştirak edmək üçün bu ölkəyə rəsmi səfərə gedib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Y.Camalov Rusiyanın sənaye və ticarət naziri Denis Manturovla görüşüb.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş