Yavər Camalov Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti ilə görüşüb

Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin hava daşımaları komandiri, general-leytenant Tayfur Fikrət Erbilginin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib .

Görüşdə Azərbaycan ilə qardaş ölkə arasındakı müdafiə sənayesi üzrə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyənin Azərbaycandakı hərbi attaşesi İhsan Başbozkurt da iştirak edib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş