Yavər Camalov Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

Müdafiə sənayesi naziri Yavər Camalov Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Y. Camalov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycan ilə Türkiyə arasındakı ikitərəfli əlaqələrin böyük inkişaf yolunda olduğunu və bunu yüksək qiymətləndirdiyini vurğulayıb.

Y. Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfirə məlumat verib. Erkan Özoral səmimi qəbula görə minnətdarlığını bildirib. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş