Yavər Camalov Veteranlar Təşkilatının Fəxri Diplomu ilə təltif olunub

Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə “Milli Qəhrəmanlarımızı tanıdaq və yaşadaq” mövzusunda tədbir keçirilib.
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, nazir Yavər Camalovun müşaviri Azad Məmmədov tədbirdə iştirak edib.
Tədbirdə Azərbaycanın müdafiə qüdrətinin yüksəldilməsi və bu sahədə kənardan asılılığın aradan qaldırılması məqsədilə yaradılan Müdafiə Sənayesi Nazirliyinin qısa müddət ərzində əldə etdiyi uğurlardan, xüsusilə aprel döyüşlərində istifadə olunan milli silahlardan danışılıb. Bildirilib ki, bu gün Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan milli silahlar Azərbaycan Silahlı Qüvvələrinin təminatına verilərək torpaqların müdafiəsinə yönəldilir.
Tədbir zamanı torpaqların müdafiəsi zamanı qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanlarının adlarının yaşadılması və gənc nəsilə tanıdılmasında xidmətləri olan müdafiə sənayesi naziri Yavər Camalov Fəxri Diplomla təltif olunub.
Fəxri Diplom nazirin müşavirinə təqdim olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş