Yavər Camalov xarici dövlət rəsmlərini qəbul edib

Sentyabrın 28-də Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalov ADEX-2016 – 2-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində bir sıra dövlət rəsmilərini qəbul edib.

Bu barədə “AzeriDefence” Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Y. Camalov ayrı-ayrılıqda Rusiyanın Taktiki Raket Silahlanma Korporsiyasının baş direktoru Baris Abnosovun, Rusiya Müdafiə Nazirliyinin Hava-kosmik Qüvvələrinin Baş komandanı, general-polkovnik Viktor Bondarevin, Polşanın iqtisadi inkişaf nazirinin müavini Radoslav Domaqalski-Labedzkinin, Cibuti Respublikasının müdafiə naziri Ali Hasan Bandonun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul edib.

Görüşün təfərüatı ilə bağlı mətbuata məlumat verilməyib.

KATEQORIYA:
Bu xəbəri paylaş