Yavər Canalov Pakistan HDQ-nin komandanı ilə görüşüb

Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Muhammad Zakaullahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir Yavər Camalov Azərbaycan ilə Pakistan arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb və Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı nümayəndə heyətinə məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Muhammad Zakaullah səmimi qəbula görə minnətdarlığını bildirib.
Görüşdə Pakisanın Azərbaycandakı səfiri Xalid Usman Qayseri də iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş