Yavər Camalov Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü seçilib

Moskvada Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) ümumi yığıncağı keçirilib. Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə BMA-nın 11 ölkədən 657 üzvü iştirak edib. Yığıncaqda BMA-nın 2013-il üzrə işinin yekunlarına dair müzakirələr aparılıb. Həmçinin Beynəlxalq Mühəndislik Akademiyasının yeni həqiqi və müxbir üzvləri müəyyənləşdirilib.

Müdafiə Sənayesi Nazirliyindən nazir Yavər Camalov akademiyanın həqiqi üzvü və Optika-Mexanika İstehsalat Birliyinin Baş direktoru Kamal Əsgərov müxbir üzvü seçiliblər.

KATEQORIYA:
Bu xəbəri paylaş