Yavər Camalov İtaliyanın Baş Qərargah rəisi ilə görüşüb

Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Biacio Abratenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. “AzeriDefence”nin xəbərinə görə, bu barədə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Görüşdə İtaliyanın Azərbaycandakı səfiri Mario Baldi iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş