Yavər Camalov Qazaxıstanın müdafiə nazirinin müavinini qəbul edib

Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Qazaxıstanın müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi Saken Jasuzakovun başçılıq etdiyi nümayəndə heyətilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Y. Camalov nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşdə Qazaxıstanın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak ediblər.

Səfər çərçivəsində nümayəndə heyətinin Müdafiə Sənayesi Nazirliyinin bir neçə müəssisəsində olacağı və istehsal prosesini yaxından izləyəcəyi də nəzərdə tutulub.

KATEQORIYA:
Bu xəbəri paylaş