Yavər Camalov Qırğızıstanın müdafiə nazirini qəbul edib

Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Qırğızıstanın müdafiə naziri Abibilla Kudayberdiyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Y. Camalov nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib.

Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair danışıqlar aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinə baş çəkərək, istehsal prosesini izləyib.

KATEQORIYA:
Bu xəbəri paylaş