Yaxın vaxtlarda Bakıda Qəbələ RLS-lə bağlı növbəti danışıqlar keçiriləcək

Yaxın vaxtlarda Bakıda Qəbələ radiolokasiya stansiyasının (RLS) icarəsi ilə bağlı Azərbaycanla Rusiya arasında danışıqların növbəti raundunun keçirilməsi planlaşdırılır. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Rusiya KİV-lərinə bu ölkənin müdafiə nazirinin müavini Anatoli Antonov məlumat verib.

Nazir müavinin sözlərinə görə, Qəbələ RLS-lə bağlı danışıqlar hazırda davam edir.

“Danışıqların Moskvada keçirilmiş birinci raundu çox konstruktiv keçdi” – deyə nazir müavini vurğulayıb.

“Kommersant” gəzeti isə bu günkü sayında Qəbələ RLS-in icarəsinə dair Azərbaycan və Rusiya arasında aparılmış danışıqlarda problem yarandığını yazıb. Qəzetdə dərc olunmuş yazıda qeyd olunub ki, Azərbaycan tərəfi stansiyanın illik icarə haqqını 40 dəfədən çox artırmaq niyyətindədir. Nəşr yazır ki, illik 7 milyon əvəzinə 300 milyon tələb edən rəsmi Bakı güzəştə getmək niyyətində deyil.

KATEQORIYA:
Bu xəbəri paylaş