Yəməndən Səudiyyə Ərəbistanı kralının sarayına “Burkan-2” ballistik raketi atılıb

Yəməndəki husi üsyançıları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərindəki kral sarayına “Burkan-2” adlı ballistik raket atıblar.

“AzeriDefence” “Sondakika” nəşrinə istinadən xəbərə verir ki, “El Arabiya” kanalının açıqladığı məlumata görə, Ər-Riyad şəhərində güclü partlayış səsi eşidilib.

Bildirilib ki, Yəməndən atılan ballistik raket Ər-Riyad şəhəri üzərində hava hücumundan müdafiə sistemi vasitəsiylə zərərsizləşdirilib. Raket şəhərdə heç bir dağıntı törətməyib.

Husilərin sözçüsü Ər-Riyada “Burkan-2” ballistik raketinin atılığını təsdiqləyib və Səudiyyə Ərəbistanı liderlərinin iştirak etdiyi toplantı məkanının hədəf alındığını vurğulayıb.

Məlumatda o da qeyd olunub ki, raket Səudiyyə Ərəbistanın yeni büdcəsinin açıqlanmasından dərhal sonra atılıb.

 

 

 

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş