Yeni aeroballistik raket istehsal edilib 

Rusiyada “İsgəndər-M” operativ-taktik raket kompleksi üçün yeni aeroballistik raket yaradılıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, “Rostex”in tabe qurumu olan “Vısokotoçnıye kompleksi” şirkətinin elmi-tədqiqat mərkəzinin baş konstruktoru Valeriy Kaşin bildirib ki, ötən bir neçə il ərzində raketin yaradılması ilə bağlı mühim işlər aparılıb. Burada məqsəd “İsgəndər-M” kompleksinin daha da təkmilləşdirilməsi, dəqiqliyinin təmin edilməsidir”.

Onun sözlərinə görə, dekabrın əvvəllərində yeni raket sınaqdan uğurla keçib. Kompleks 5 tip aeroballistik raketlə təmin olunacaq.

 

KATEQORIYA:
Bu xəbəri paylaş