Yeni “Bayraktar TB2” Azərbaycan və Türkiyə bayraqlarının fonunda nümayiş etdirilib

Yeni “Bayraktar TB2” Azərbaycan və Türkiyə bayraqlarının fonunda nümayiş etdirilib

Türkiyənin “Baykar Savunma” şirkəti “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatının peyk üzərindən idarə olunan yeni modifikasiyasını təqdim edib.

“Azeri Defence”nin məlumatına görə, şirkət sosial media hesabında Azərbaycanın qələbəsinə həsr olunmuş təbrikində yeni TB2 pilotsuz uçuş aparatının Azərbaycan və Türkiyənin bayraqları fonunda çəkilmiş fotosunu paylaşıb.

Yeni modifikasiyanın füzelyajında SATCOM antenasının olduğu görünür. Türk mediası yeni PUA-nı TB2 S (S- Satellite/peyk idarəetməli) adlandırıb.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş