Yeni döyüş modulu təqdim olundu – FOTOLAR

“Uralvaqonzavod”un (UVZ) yaratdığı yeni döyüş modulu sınaq mərhələsini yekunlaşdırıb.

“AzeriDefence”nin məlumatına görə, bu açıqlamanı jurnalistlərə UVZ-yə daxil olan “Burevestnik” şirkətinin baş direktoru Qeorqiy Zakamennıx verib.

Yeni BM-30-D modulunun ilk təqdimatı İDEX-2017-də həyata keçirilib.

Döyüş modulu hava desant qoşunlarının sifarişi ilə yaradılıb. Modul “Tayfun-VDV” 4×4 təkər formulu zirehli maşın üzərində sınaqdan çıxarılıb.

Distant idarə olunan döyüş modulu 30 mm-lik 2А42 avtomatik topla, o cümlədən 7,62 mm-lik 6П7К pulemyotu ilə silahlandırılıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş