Yeni ekranoplan sınaq testlərindən keçdi
Rusiyada yeni A-050 ekranoplanının layihəsi hazırlanıb.
“AzeriDefence”nin məlumatına görə, ekranoplanın avionika və naviqasiya kompleksi tam olaraq yerli istehsal olacaq.
Artıq Alekseyev adına Mərkəzi Konstruktor Bürosuna A-050-nin layihələndirmə işi yekunlaşıb.
Mütəxəssislər bildiriblər ki, yeni ekranoplanın aerodinamikası uğurla sınaqdan çıxarılıb. Texnika aerodinamik təlim trenajorundan və hidrokanal testlərindən keçib.
Ekranoplanın çəkisi 54 ton olacaq ki, bu da ona 9 ton yükdaşıma imkanı verəcək. Digər tərəfdən isə 100 nəfər sərnişini də A-050-də daşımaq mümkün olacaq. Ekranoplan 5 min km məsafəni qət edə biləcək.
TEQLƏR ekranoplan