Yeni helikopterin seriyalı istehsalına başlanıldı – VİDEO – FOTO

“Vertolyotı Rossii” Dövlət Şirkəti Mi-171A2 çoxməqsədli helikopterin seriyalı istehsalına başlayıb.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə məlumatı dövlət şirkətinin baş direktoru Andrey Boqinskiy verib.

O deyib ki, 2017-ci ildə 4 ədəd bu model helikopterin istehsalı nəzərdə tutulub. Mi-171A2-nin hazırda istismarda olan Mi-8/17 helikopterlərini əvəzləyəcəyi nəzərdə tutulur.

Məlumatda o da qeyd olunub ki, Mi-171A2 helekopteri üçün “Aviacihazqayırma” şirkətlər qrupu tərəfindən yeni KBO-17 bort avadanlıqları yaradılıb.

Yeni kompleks helekopterlərdə “şüşə kabinə” prinsipi tətbiq olunacaq.

KBO-17 avadanlığına pilot-naviqasiya informasiya və bort sisteminə 6×8 düym ölçülərində 4 maye kristallar ekran daxildir. Həmin avadanlığın köməyi ilə helikopterin ön və arxa tərəflərindən görüntülər aşkar edilə bilir.

Yeni kompleksdə GLONASS/GPS ikikanallı rəqəmsal avtopilot da mövcuddur. Yeni kompleksə keçməklə ekipajın sayını iki nəfərə, pultun sayını isə 8-dən 3-dək ixtisar etmək mümkün olacaq.

Yeni avadanlıq axtarış-xilasetmə işlərinin həyata keçirən helikopterlərlə yanaşı döyüş helikopterlərinə də qurula biləcək.

Mi-171A2 daha güclü VK-2500PS elektron sistemli mühərriklə təmin olunub. Mi-171A2-nin uçuş məsafəsi yanacağın həcminə görə, 850 km-dir. Yüklə birgə çəkisi isə 5 tondur.

Helikopterin müasir avionikası Mi-171A2-yə istənilən hava şəraitində uçmaq imkanı yaradır.  Helikopter 280 km/saat sürətlə uçur.

https://www.youtube.com/watch?v=_8QqDUnUUBc

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş