Yeni hərbi təyinatlı bıçaqlar – “Camillus Dagr” və “Camillus Skol”

Bir müddət əvvəl “Camillus Cutlery” şirkəti faydalı bıçaqların sifarişi üzrə yeni məhsulların istehsalına başlayıb.

“AzeriDefence”nin məlumatına görə, artıq şirkət hərbi təyinatlı hesab oluna biləcək

“Camillus DAGR” və “Camillus SKOL” adlı bıçaqların istehsalına start verib.
Birinci model ABŞ xüsusi təyinatlılarının veteranı Gradi Povelin dizaynı əsasında hazırlanıb.

İkinci məhsul isə ABŞ-ın “dəniz pişikləri” adlanan desant birləşmələrində xidmət etmiş Jared Ogden tərəfindən dizayn edilib.

Yeni bıçaqlar demək olar ki, eyni materialdan istehsal olunub. Bıçaqların materialları yüksək keyfiyyətli 1095 markalı poladdandır.

“Camillus SKOL” isə iki kompanentli – “Micarta” və G10 strukturaya malikdir.

“Camillus DAGR”ın tam uzunluğu 267 mm, kəsici hissəsi isə 124 mm-dir.

“Camillus SKOL”un da tam uzunluğu 267 mm olsa da, kəsici hissədi 120 mm-dən uzun deyil.

Hər iki bıçağın satış qiyməti 270 dollardır.

KATEQORIYA:
Bu xəbəri paylaş