Yeni nəsil BMP-nin təqdimatı olacaq

Rusiyanın “Uralvaqonzavod” korparasiyası yeni – təkərli piyadanın döyüş maşını – BMP-ni bu ilin sentyabrında ictimaiyyətə açıqlayacaq.

“AzeriDefence”nin Rusiya KİV-nə istinadən verdiyi məlumatına görə, korparasiyanın direktor müavini Aleksey Jariç deyib ki, BMP “Atom”un yeni modifikasiyası sayılan bu maşının təqdimatı Russian Arms Expo 2015 (RAE 2015) sərgisində həyata keçiriləcək: “Bu maşın Rusiya-Fransa məhsulu olan “Atom”u əvəz etmək üçün istehsal edilib. İlk dəfə birgə istehsalın prototipi 2013-cü ildə keçirilən sərgidə nümayiş etdirilib. Maşının mühərriki Fransanın “Renault Defense Trucks” tərəfindən təmin olunmalı idi. Lakin 2014-cü ildə Ukrayna-Rusiya problemi başlayandan sonra Fransa bu məsələdən geri çəkildi. 2015-ci ilin fevralında isə şirkətimiz başqa qurumla əməkdaşlığa başladı”.

Ehtimal olunur ki, bu BMP-nin çəkisi 32 ton olacaq. Maşının prototipinə görə, BMP 57 mm-lik avtomat topla təchiz olunub.

Məlumatda o da qeyd olunub ki, evakuasiya, komanda-qərargah, mühəndis və sanitar məqsədlər üçün də maşın istifadə oluna biləcək.

Xatırladaq ki, 8×8 formullu təkərli zirehli maşının sürəti saatda 100 km-dir.

KATEQORIYA:
Bu xəbəri paylaş