Yeni pilotsuz uçuş aparatı 100 saat havada qalacaq

ABŞ-ın “Vanilla Aircraft” şirkəti yeni yaratdığı “VA001” pilotsuz uçuş aparatı (PUA) 100 saat havada qalacaq.

“AzeriDefence”nin məlumatına görə, sınaqlar uğurla yekunlaşsa PUA məhsulları arasında bu hadisə rekord kimi qeydə alınacaq.

Son rekordu “Aurora Flight Sciences” şirkətinin istehsalı olan “Orion” tərəfindən həyata keçirilib. Bu PUA 80 saat 2 dəqiqə, 50 saniyə havada qala bilib.

“VA001″nın ilk uzunmüddətli uçuşu ötən ilin fevralında reallaşıb. Bu ilin aprelin əvvəllərində isə PUA Nyu-Meksika bölgəsində keçirilən sınaqlarda “VA001” 25 saat havada qala bilib.

“VA001” çəkisi 272 kq-dır. PUA-nın qanadlarının uzunluğu 10,9 metrdir. Bu da ona 23 kq çəkisində əşyanı daşımağa imkan verir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş