Ukraynanın yeni qanadlı raket “Neptun” adlanacaq – FOTO

Ukraynanın paytaxtı Kiyevdə keçirilən müdafiə sənayesi sərgisində (“Зброя та безпека 2015”) yerli istehsal olan qanadlı raketin prototipi nümayiş olunub.

“AzeriDefence”nin məlumatına görə, sərgi çərçivəsində keçirilən konfransda iştirakçılara bildirilib ki, əsasən gəmilərə qarşı istifadəsi nəzərdə tutulan raket “Neptun” adlanır.

Mobil kompleks üzərində olacaq raket həm də quruda hədəflərin məhv edilməsi üçün təyinatlandırılıb.

Raketi daşıyacaq konteyner isə S-300-ü analoji versiyasına bənzəyir.

neptun

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş