Yeni silahlanmaya qəbul edilən S-400-ün ilk döyüş təlimləri keçiriləcək

Rusiya Silahlı Qüvvələrində yeni silahlanmaya qəbul edilən S-400 “Triumf” zenit-raket kompleksinin ilk dəfə olaraq döyüş atışları keçiriləcək.

“AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumatına görə, atışlar bu ilin sentyabrında Buryatiyadakı “Telemba” təlim mərkəzində reallaşdırılacaq.

Paralel olaraq adıçəkilən təlimlərə Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrinin bölmələri də cəlb olunacaq.

Məlumatda bildirilib ki, S-400 hazırda döyüş növbəsində olan S-300-ü əvəzləyəcək.

Qeyd edək ki, S-400 kompleksi 400 km uzaqlıqda 30 km hündürlükdə hədəfi məhv edə bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş