Yeni yüngül pulemyotun ilk nümayişi keçirilib

Sinqapurun “ST Kinetics” şirkəti “Ultimax 100 Mk8” versiyalı yüngül pulemyotunu ilk dəfə xarici hərbi mütəxəssislər üçün nümayiş etdirib.

“AzeriDefence”in məlumatına görə, Braziliyanın Rio de Jeneyro şəhərində keçirilən LAAD -2017 beynəlxalq müdafiə və təhlükəsizlik texnologiyaları sərgisində təqdim olunan pulemyot “Ultimax 100 Mk5” modeli əsasında yaradılıb.

“Ultimax 100 Mk8” pulemyotu analoqundan yarımavtomat atış rejimi, lülənin sütətli dəyişilməsi sistemi və başqa dizayn dəyişikliklərlə fərqlənir.

“Ultimax 100 Mk8” pulemyotunun çəkisi təxminən 5 kq təşkil edir.

5.56 mm çaplı NATO patronlarından atəş açan pulemyot 100 və 200 patron totumlu sandıqla dəstləşdirilir.

Bundan başqa pulemyotun 5.56 mm çaplı M4, M16 və başqa model tüfənglərin daraqları ilə dəstləşdirilməsi də mümkündür.

Sifarişdən aslı olaraq pulemyot 508, 457, 330 mm lülələrlə təchiz edilə bilər.

“Ultimax 100 Mk8” pulemyotun effektiv atış məsafəsi SS109 patronlarla 800 metr, M193 patronlarla 460 metr təşkil edir.

KATEQORIYA:
Bu xəbəri paylaş