Yeni Zelandiya Ordusu MRZR D4 nəqliyyat vasitələri əldə edib

Yeni Zelandiya Ordusu MRZR D4 nəqliyyat vasitələri əldə edib

Yeni Zelandiya Silahlı Qüvvələri ABŞ-ın “Polaris Defence” şirkətinə sifariş etdiyi MRZR D4 yüngül nəqliyyat vasitələrinin ilk partiyasını təhvil alıb.

“AzeriDefence”nin “Janes”ə istinadən verdiyi məlumata görə, “Polaris Defence” şirkəti tərəfində istehsal edilən 6 ədəd MRZR D4 yüngül nəqliyyat vasitəsi Yeni Zelandiya Ordusuna çatdırılıb.

MRZR-D4 ekstremal şəraitlər və ərazi missiyaları üçün nəzərdə tutulur. 4×4 təkər formuluna malik dörd oturacaqlı MRZR-D4 maşını turbo dizel mühərrikinə malikdir.

MRZR-D4 yolsuzluq avtomobilinin mobilliyi və yığcamlığı nəqliyyat vasitələrinin istənilən əraziyə daşınmasına imkan verir. Maşının asanlıqla ağır yük helikopteri ilə daşınması da mümkündür.

Qeyd edək ki, hazırda MRZR nəqliyyat vasitələri Azərbaycan da daxil olmaqla 20-dən artıq ölkənin istifadəsində yer alır.

KATEQORIYA:
Bu xəbəri paylaş