Yeni zirehli “Mercedes-Benz” – FOTOLAR
Almaniyada yeni istehsal olunan yüngül çəkili zirehli “Mercedes-Benz” LAPV 6.1 maşınının sınaqlarına başlanılıb.
“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, 4х4 formulalı olan maşın “Mercedes-Benz” G-seriyasının sonuncu modifikasiyasıdır.
LAPV (Light Armoured Patrol Vehicle) ailəsinə daxil olan maşın “Daimler” və ACS “Armoured Car Systems GmbH” şirkətlərinin birgə işidir.
Bu şirkətlər maşının zireh korpusunun istehsalında birgə işləyiblər.
KATEQORIYA: Sənaye