“Yırtıcı” snayper tüfənginin testləri başa çatır

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin mütəxəssisləri tərəfindən yaradılmış “Yırtıcı” snayper tüfənginin testləri bu il yekunlaşdırılacaq.

Bu barədə “AzeriDefence”yə açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib.

Nazir hazırda silahın testlərinin davam etdiyini bildirib.

Yavər Camalov qeyd edib ki, yarıavtomat iş prinsipinə malik “Yırtıcı” 7.62×54 mm çaplı dünydakı azsaylı yarıavtomat snayper tüfənglərdəndir.

“Bu snayper tüfəngimizə xaricdən böyük maraq var. Xarici hərbi sərgilərdə böyük maraqla qarşılanıb və istəklər ifadə olunub”, – deyə nazir vurğulayıb.

“Yırtıcı” snayper tüfənginin uzunluğu 1185 mm, qundaq yığıldıqda isə 951 mm, lüləsinin uzunluğu 620 mm, effektiv atış məsafəsi 1000 metr, güllənin başlanğıc sürəti 830 metr/saniyə təşkil edir. Tüfəng 10 patron tutumuna malik daraqla dəstləşdirilir.

Altı kiloqram çəkiyə malik silahın lülə qutusunun üzərində və yanlarındakı piccatini tamasaları ona taktik aksessuarlar əlavə etmək imkanı yaradır.

KATEQORIYA:
Bu xəbəri paylaş