“Yonca Onuk”un MRTP-16 kateri dünyada rekord sürət yığıb

“Yonca Onuk”un MRTP-16 kateri dünyada rekord sürət yığıb

Türkiyənin “Yonca Onuk” şirkətinin istehsal etdiyi “Kaan-16” (MRTP-16 SFI) sürətli kateri dünyada rekord sürət yığıb.

“AzeriDefence”nin “Savunmasanayi.org”a istinadən verdiyi xəbərə görə, bu barədə “Yonca Onuk” şirkətinin İdarə Heyətinin sədr müavini Əkbər Onuk özünün sosila media hesabında bildirib.

“MRTP-16 kateri sürət sınaqları zamanı tam yüklü 141,50 km/saat (76,4 knot) sürətlə dünyada rekord sürətə imza atdı. Dünyada bu sürətə çata biləcək başqa dəniz platforması yoxdur. Çox sürətli idi. Ancaq dayandıqda fotosunu çəkə bildik”, – deyə Əkbər Onuk bildirib.

Qeyd edək ki, MRTP-16 sürətli katerləri Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Malayziya ordusunda xidmət edir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş