Yunanıstan ABŞ-dan 350 ədəd “Bradley” zirehli maşını alacaq

Yunanıstan ABŞ-dan 350 ədəd “Bradley” zirehli maşını alacaq

Yunanıstan Silahlı Qüvvələri ABŞ-dan “Bradley” M2A2 piyadaların döyüş maşını (PDM) almaq istəyir.

“AzeriDefence”nin “Enikos.gr”a istinadən verdiyi xəbərə dörə, Yunanıstan Ordusunun texnika parkının yenilənməsi proqramı çərçivəsində ABŞ-dan 350 ədəd “Bradley” M2A2 piyadaların döyüş maşını almaq istəyir. “Bradley” M2A2 PDM Yunanıstan Ordusunun silahlanmasında yer alan köhnə M113 zirehli maşınlarını əvəz edəcək.

“BAE Systems” şirkətinin istehsalı olan “Bradley”in ən böyük üstünlüklərindən biri onun əldə qayırma partlayıcılara (İED) qarşı yüksək müdafiə təmin etməsidir. Analoqlarından yüksək manevr qabiliyyətinə, dözümlüyü və döyüş üstünlüyünə görə fərqlənən “Bradley” eyni zamanda mina, artilleriya mərmiləri partlayışına, həmçinin ballistik müdafiə imkanlarına daha çox üstünlüklər verir. Zirehli maşın uzaq məsafədən nəzarət və izləmə imkanına malik elektro-optik sistemlərlə təchiz edilib.

Məlumatda o da qeyd olunub ki, bundan əlavə, proqram çərçivəsində Yunanıstan ABŞ-dan 1200 ədəd M1117 “Guardian” zirehli maşını almağı planlaşdırır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş