Yunanıstan döyüş təyyarələri parkını modernləşdirilməsinə 2 milyard dollar ayırıb

Yunanıstan döyüş təyyarələri və hava hücumundan müdafiə sistemlərinin yenilənməsi proqramına start verib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, Yunanıstan F-16 döyüş təyyarələrinin “Viber” səviyəsində modifikasiyası və F-35 döyüş təyyarələri haqqında məlumatlandırılması üçün ABŞ-a məktub göndərib.

Yunanıstan 1,7 – 2 milyard ABŞ dolları dəyərində 155 təyyarənin modifikasiyasını həyata keçirməyi planlaşdırıb.

Məlumatda o da qeyd olunur ki, təyyarələrin “Viber” səviyəsinə yüksəldilməsiylə, alınması nəzərdə tutulan F-35 təyyarələri ilə birlikdə Hərbi Hava Qüvvələrinin texnika parkı gücləndiriləcək.

F-16V “Viber” versiyası daha müasir kokpit, avionika sistemləri və avadanlıqlarla təchiz olunub. Təyyarənin ən önəmli özəlliyi isə ABŞ-ın “Northrop Grumman” şirkəti tərəfindən hazırlanmış APG-83 AESA aktiv elektronika radar sistemi hesab olunur.

AESA radarı “hava-hava” və ”hava-yer” döyüşlərinin həyata keçirilməsinə, çox sayda hədəflərn uzaq məsafədən müəyyənləşdirilməsinə, onlara dəqiqliklə zərbələrin endirilməsinə, raketlərin izlənilməsinə imkan verir. AESA radarı bir anda yüzlərcə hədəfi izləyə bilir. Radarın başqa bir üstünlüyü isə pilota düşmən radar təhdidi xəbərini verir və bu hücumu qarışdırır. AESA radarının analoqlarından ən böyük fərqi sabit antenaya malik olmasıdır.

Qeyd edək ki, hazırda bu radar sistemindən ABŞ Hərbi Hava Qüvvələrinin F-22 və F-35 təyyarələrində də istifadə olunur. 1998-ci ildə Yunanıstanın Krit adasına yerləşdirdiyi Rusiya istehsalı olan S-300PMU1 raket kompleksi də modifikasiya olunacaq. S-300PMU1 hava hücumundan müdafiə sistemin hava obyektlərinin aşkar edilməsinin uzaqlığı 250 km, atış yüksəkliyi 30 000 m təşkil edir.

KATEQORIYA:
Bu xəbəri paylaş