Yunanıstan Fransadan “Rafale” döyüş təyyarələri alır

Yunanıstan Fransadan “Rafale” döyüş təyyarələri alır

Yunanıstan ilə Fransa arasında “Rafale” döyüş təyyarələrinin tədarükünə dair müqavilə imzalanıb.

Azeri Defence saytının “C4 Defence”ə istinadən verdiyi məlumata görə, müqaviləyə əsasən Fransa Yunanıstan Hərbi Hava Qüvvələrinə 18 ədəd “Rafale” döyüş təyyarəsi çatdıracaq.

Qeyd edək ki, Yunanıstan Silahlı Qüvvələrinin aviasiya parkında ABŞ-ın “Lockheed Martin” şirkətinin F-16 “Fighting Falcon” və  Fransanın “Dassault” şirkətinin “Mirage 2000” döyüş təyyarələri yer alır.

KATEQORIYA:
Bu xəbəri paylaş