Yunanıstanın F-16 döyüş təyyarələri Türkiyə ərazisindən uzaqlaşdırılıb – VİDEO
Türkiyə Hərbi Hava Qüvvələrinin radiolokasiya stansiyaları Yunanıstana məxsus 6 ədəd F-16 döyüş təyyarəsinin Krit adasından qalxaraq Cənubi Kipr Rum Rəhbərliyi (GKRY) istiqamətində uçduğunu təsbit edib.
Azeri Defence saytının Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus F-16 döyüş təyyarələri Türkiyənin “Naftex” olaraq elan etdiyi bölgəyə yaxınlaşdıqda Türkiyə F-16-ları havaya qaldırılıb.
Türkiyə F-16-ları tərəfindən Aralıq dənizi səmasında Türkiyə ərazi sularına daxil olan Yunanıstanın döyüş təyyarələrinin qarşısı alınıb və bölgədən çıxarılıb.
KATEQORIYA: Xəbərlər