Zəngilan istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib

Zəngilan istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib

Noyabrın 2-də Azərbaycanın Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin növbəti təxribatının qarşısı alınıb.

Bu barədə “Azeri Defence” saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan ərazisindən bölmələrimizə hücum edərək dövlət sərhədindəki əlverişli yüksəklikləri ələ keçirməyə cəhd edən düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib.

Düşmən döyüş itkilərini və silah-sursatlarını ərazidə ataraq geri qaçmağa məcbur edilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş