Zəfər Günü 8 noyabrda qeyd ediləcək

Zəfər Günü 8 noyabrda qeyd ediləcək

Prezidet İlham Əliyev Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında sərəncamında dəyişiklik edib.

“Azeri Defence”nin məlumatına görə, dəyişikliyə əsasən hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.

Qeyd edək ki, birinci sərəncamda 10 noyabr tarixi Zəfər Günü elan edilmişdi. Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul edib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş