Zakir Həsənov: “Azərbaycan silahlı qüvvələri zamanı gəldiyində müqəddəs vəzifəsini yerinə yetirəcək”

Zakir Həsənov: “Azərbaycan silahlı qüvvələri zamanı gəldiyində müqəddəs vəzifəsini yerinə yetirəcək”

Azərbaycan və Türkiyə eyni millətdir, eyni din, dil və mədəniyyətə sahibdir.

Azeri Defence saytının məlumatına görə, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə hərbçilərinin qarşısında çıxışı zamanı deyib.

Birgə təlimlərdə iştirak edən hərbçilərə minnətdarlığını bildirən Zakir Həsənov deyib ki, Türkiyə silahlı qüvvələri dünyanın ən güclü ordularından biridir və bu bizim şansımızdır.

“Şansımız budur ki, bu güclü ordu ilə təcrübəmizi bölüşürük. Bu gün Türkiyə silahlı qüvvələri gücünü bütün dünyaya göstərib. Suriyada, İraqda, Liviyada.

İnşallah Türkiyə silahlı qüvvələrinin dəstəyi ilə Azərbaycan silahlı qüvvələri də müqəddəs vəzifəsini yerinə yetirəcəklər. Bir millətin silahlı qüvvələri zamanı gəldiyində müqəddəs vəzifəsini yerinə yetirəcəyindən əminəm”, – deyə general-polkovnik Zakir Həsənov vurğulayıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş